Dünya

Qara dənizdə qasırğa: Lövbərdən qopan yük gəmisi saya oturdu – VİDEO

Sharing is caring!


Beliz bayrağı altında üzən “Blue Shark” yük gəmisi mühərrikində yaranan problemə və güclü qasırğaya görə Qara dənizdə, Rusiyanın Anapa şəhəri yaxınlığında saya oturub.

Bu barədə Rusiya Dəniz Xilasetmə Xidmətinin Baş Xilasetmə Koordinasiya Mərkəzindən məlumat verib.

Bildirilir ki, gəmidə Suriya, Hindistan və Misir vətəndaşlarından ibarət 21 heyət üzvü var.

“Misir üçün arpa yüklü gəmi Taman (Rusiya) dəniz limanında fırtına xəbərdarlığı aldıqdan sonra lövbərə keçib. Güclü külək və dalğalar gəmini lövbərindən qoparıb. Nəticədə “Blue Shark” yük gəmisi saya oturana qədər sahilə doğru sürüklənib”, – deyə mərkəzdən əlavə edilib.

Qeyd edək ki, hazırda Anapada qasırğalı hava şəraiti hökm sürür. Güclü külək evlərin damını uçurdub, ağacları qırıb. Əlverişsiz hava səbəbindən şəhərin məktəblərində və uşaq bağçalarında tətil elan olunub.

Mənbə: RG.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir