Dünya

İranda hicaba dair məxfi sənədi dərc edən qəzetə qarşı cinayət içi açıldı – FOTO

Sharing is caring!


İranda hicaba dair məxfi sənədi dərc edən qəzetə qarşı cinayət içi açılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, Tehran Prokurorluğu hicab nəzarətçiləri ilə bağlı Daxili İşlər Nazirliyinin xüsusilə məxfi sənədini dərc etdiyinə görə islahatçılar qanadına mənsub “Etemad” qəzetinə qarşı hüquqi iş qaldırıb.

Tehran Prokurorluğu sənədin dərc olunmasını qanunsuz adlandırıb. 

Qeyd edək ki, sözügedən qəzetdə yayımlanan məxfi sənəddə hicaba riayət etməyənlərin hicab nəzarətçiləri tərəfindən həbs edilən görüntüləri yer alıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir