İdman

Azərbaycan millisinin sabiq futbolçusu: “Qarabağ” “Sabah”ı məğlub edəcək”

Sharing is caring!


“Məncə, “Qarabağ” “Sabah”ı məğlub edəcək”.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Yunis Hüseynov Premyer Liqanın bu gün baş tutacaq matçı ilə bağlı danışarkən deyib.

58 yaşlı mütəxəssis Ağdam təmsilçisinin çempionatın aşkar favoriti olduğunu bildirib:

“Mövsümün sonunda qızıl medallara sahib çıxacaqlar. Komanda bəzi oyunlarda uduzsa da, bütün rəqiblərini üstələyir. Çünki Avropa Liqasının qrup mərhələsində mübarizə apardığı üçün bir az yorğunluq olur. Bu da məğlubiyyətlərin səbəbidir. “Sabah”ı isə bu il tanıya bilmədim. Ötən mövsüm yaxşı, sürətli və məzmunlu futbol sərgiləyirdilər. Fikirləşirdik ki, “Qarabağ”, “Sabah” və “Neftçi” arasında gərgin çempionat keçəcək. Təəssüflər olsun ki, yalnız “Qarabağ” və “Zirə” özünü yaxşı tərəfdən göstərir”.

Y.Hüseynov paytaxt klubunun son iki görüşdə yaxşı çıxış etdiyini və bir az özünə gəldiyini vurğulayıb:

“Amma “Sabah” hələ də ötən mövsümdəki kimi deyil”.

Qeyd edək ki, bu gün “Bank Respublika Arena”da gerçəkləşəcək “Sabah” – “Qarabağ” matçı saat 20:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir