Cəmiyyət

Soltanlı sakini: “Kəndimizin yenidən tikildiyini görmək qürurvericidir”

Sharing is caring!


“Soltanlı kəndinin yenidən tikilib-bərpa edildiyini görmək qürurvericidir”.

Bunu “Report”a açıqlamasında Cəbrayıl rayonunun Soltanlı kənd sakini Məhburə Əliyeva bildirib.

“Mən Soltanlı kəndində doğulub, böyümüşəm. 30 il əvvəl kəndimiz işğal olunan zaman bu torpaqları tərk etdik. Bakıda müvəqqəti məskunlaşanda hər bir şəraitimiz olsa da, mənəvi cəhətdən rahatlıq tapa bilmirdik, daim öz kəndimizə qayıtmağın xəyalını qururduq. 30 il bu həsrətlə yaşadıq. Artıq həmin həsrət sonra yetib”, – deyə o qeyd edib.

Bu gün Soltanlının təməlqoyma mərasimində iştirak etdiyi üçün xoşbəxt olduğunu deyən M.Əliyeva kəndin tezliklə tikilməsini, bu torpaqlara qayıtmağı arzuladığını dilə gətirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir