Kriminal

Balıq tutmağa gedərkən narkotiklə ələ keçən şəxs: “Ağrılarım olduğu üçün istifadə edirdim”

Sharing is caring!

Samux sakinində narkotik aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Elməddin Quliyev saxlanılaraq şöbəyə gətirilib. 

Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan tiryək aşkar edilib.

Saxlanılan şəxs maddi sübutla birlikdə istintaqa təhvil verilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, E.Quliyev Samux rayonunda balıq tutmağa gedərkən polislər tərəfindən saxlanılıb. O, dindirilmə zamanı səhhətində problemlərin olduğunu və buna görə də ağrılarını azaltmaq üçün istifadə etdiyini bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir