Dünya

Cənubi Koreya və Yaponiya arasında münasibətlər normallaşdırılıb

Sharing is caring!


“Koreya Respublikası və Yaponiya bir sıra görüşlər vasitəsilə münasibətləri normallaşdırmağa, etimadı bərpa etməyə nail olublar və ölkələr diplomatik fəaliyyətlərində diqqəti gələcəyə yönəldirlər”.

Bunu Koreya Respublikasının xarici işlər naziri Pak Çin yaponiyalı həmkarı Yoko Kamikava ilə görüşündə deyib.

Pak Çin qeyd edib ki, bu il keçirilən yeddi sammit və xarici işlər nazirlərinin altı görüşü, o cümlədən qarşılıqlı səfərlərlə ölkələr arasında etimad bərpa olunub və münasibətlər normallaşıb.

“Əməkdaşlıq bütün sahələrdə, o cümlədən diplomatiya, iqtisadiyyat, təhlükəsizlik və humanitar mübadilələr üzrə genişlənir. Gələcəyə istiqamətli əlaqələr qurulub”, – nazir bildirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir