Dünya

Redinqdə dəhşətli yanğından möhtəşəm xilas anı: Sürücünün fəndi həyat qurtardı – VİDEO

Sharing is caring!


Sosial şəbəkələrdə yanğın tələsindən möcüzəvi şəkildə xilasetmə anı ilə bağlı görüntülər yayılıb.

Kadrlar Böyük Britaniyanın Redinq şəhərindəndir.

Videoda alovlardan canını qurtarmaq üçün binanın damına çıxan gənc qeydə alınıb. Yanğınsöndürənlərin çarəsiz qaldıqları anda kran sürücüsü yardıma gəlib. Belə ki, kranla dama qəfəs çıxarılıb və gənc onun vasitəsilə təxliyə edilib.

Qeyd edək ki, yanğında ümumilikdə iki nəfəri xilas etmək lazım gəlib. Zərərçəkən yoxdur.

Yanğının səbəbləri araşdırılır.

Mənbə: “Lenta dnya” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir