Cəmiyyət

Bulvarda şizofreniya xəstəsi özünü dənizə atdı

Sharing is caring!

Dənizkənarı Milli Parkda intihara cəhd hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyunun 7-də saat 17 radələrində Səbail rayonu ərazisindəki Dənizkənarı Milli Parkda bir nəfər özünü dənizə atıb. 

Ərazidə xidmət aparan polis əməkdaşlarının çevikliyi sayəsində həmin şəxs sudan çıxarılıb.

Polis əməkdaşları tərəfindən onun Yevlax rayon sakini, şizofreniya xəstəliyindən əziyyət çəkən N.Əliyev olması müəyyən edilib.

Araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir