Dünya

Avstraliyada ətin kiloqramı təqribən bir dollara düşüb: Maraqlı səbəb

Sharing is caring!


Avstraliyalı fermerlər getdikcə daha çox qoyun kəsməyə, ətini də çox aşağı qiymətə satmağa və hətta pulsuz verməyə məcbur olurlar.

Buna səbəb ölkədə qoyun sayının həddindən artıq artmasıdır. Buna görə son bir ildə quzu ətinin qiyməti 75 faiz ucuzlaşıb, bəzi yerlərdə ətin bir kiloqramının alış qiyməti bir dollardan bir qədər çoxdur.

Heyvanların öz qiymətləri də kəskin ucuzlaşıb: bir qoyun üçün alıcılar orta hesabla 22 dollar verirlər, lakin tez-tez belə hallar olur ki, fermer bir qoyunu bir dollara, hətta ondan da ucuz satmağa məcbur olur.

Həmçinin pulsuz da olsa, qoyun götürmək istəyənlər azdır: bu il Avstraliyada quraqlıq gözlənilir və heyvanların yemlənməsi ilə bağlı problemlər artacaq.

Qeyd edək ki, Avstraliya dünyanın ən böyük qoyun əti istehsalçısı və ixracatçısıdır.

Hazırda ölkədə heyvan sayının 78,7 milyonu keçdiyini təxmin edilir.

Hətta ət ixracı da vəziyyətə kömək edə bilmir. Oktyabr ayında ölkənin ixrac həcmi 50,8 min tonu ötüb ki, bu da mütləq rekorddur.

Mənbə: Kommersant.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir