Dünya

Dilan-Engin Polat cütlüyünü silahlı basqında ittiham edən sosial media fenomeni ədliyyəyə sövq edildi – FOTO

Sharing is caring!


Silahla bağlı paylaşımlarına görə İstanbulda saxlanılan türkiyəli sosial media fenomeni, müğənni Banu Parlak ədliyyəyə sövq edilib.

Ötən gün bu səbəblə polis tərəfindən saxlanılan fenomenin evində aparılan axtarış zamanı sənədsiz tapança aşkarlanıb. Aparılan istintaq çərçivəsində saxlanılan Parlak gecəni həbsdə keçirib.

Banu Parlak verdiyi ifadədə təhdidlər aldığı üçün silah saxladığını bildirib. Səhər saatlarında Büyükçekmece Ədliyyəsinə aparılan fenomen polis idarəsindən çıxarkən jurnalistlərin suallarını cavabsız qoyub.

Qeyd edək ki, Banu Parlak çəkdiyi videoda tapançasını nümayiş etdirib və lisenziyalı olduğunu deyib.

“Mənim də maşın, ev yox, belə maraqlarım var, nə edək indi? Bu günü çox gözlədim. Yeri gəlmişkən, lisenziyası var, heç kimin bundan xəbəri olmamalıdır və heç kimi də silah saxlamağa təşviq etmirəm. Hər kəsin hobbisi var, dostum. Hər gün dəli kimi film izləyirlər, elə deyilmi? Mafiya başçıları havada uçuşurlar. Bizim elə bir şeyimiz yoxdur. Hazırda, hətta içi də boşdur. Sevirik”, – deyə o, paylaşımda bildirib.

Banu Parlak, həmçinin kooperativ fırıldaqçılıq ittihamı ilə noyabrın 3-də İstanbul Hava Limanında saxlanılıb, daha sonra sərbəst buraxılıb.

Eyni zamanda Banu Parlak çirkli pulların yuyulmasına görə həbs edilən iş adamları Dilan və Engin Polat cütlüyünü özünə məxsus gözəllik mərkəzinə silahlı hücum təşkil etməkdə və ona qarşı sui-qəsd hazırlamaqda ittiham edib.

1987-ci ildə anadan olan və əslən Kastamondan olan sosial media fenomeni “Instagram” hesabında avtomobildə paylaşdığı mahnılarla diqqət çəkib, daha sonra isə “Narin yarım” adlı mahnı ilə musiqi karyerasına başlayıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir