İdman

Azərbaycan Premyer Liqasında iki oyunun saatı dəyişdirilib

Sharing is caring!


“Səbail” klubunun ev matçlarını keçirdiyi “ASCO Arena”nın elektrik təchizatında problem yarandığı üçün Azərbaycan Premyer Liqasının XIV turunun oyun cədvəlində dəyişiklik edilib.

Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı xəbər verir ki, paytaxt təmsilçisinin müraciəti əsasında “Kəpəz” PFL tərəfindən məlumatlandırılıb.

Əvvəlcədən 18:30-da başlaması nəzərdə tutulan qarşılaşmanın 14:00-da start götürməsinə qərar verilib.

Bundan əlavə, təşkilati məsələlərlə bağlı 16-cı turun “Zirə” – “Araz Naxçıvan” oyununun startı 18:00-dan 17:00-a keçirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir