Dünya

Niderlandda seçkiləri Quranın və məscidlərin qadağan edilməsini istəyən ifrat sağçılar qazandılar – VİDEO

Sharing is caring!


Niderlandda keçirilən növbədənkənar parlament seçkilərinə Gert Vildersin ifrat sağçı Azadlıq Partiyası liderlik edir.

Bu barədə “Ipsos” ictimai rəyin öyrənilməsi mərkəzinin keçirdiyi “exit-poll”un nəticələrindən məlum olub.

Beləliklə Azadlıq Partiyası parlamentdəki 150 yerdən 35-nə ümid edə bilər. Bu, hazırda olduğundan 18 yer çoxdur.

Qeyd edək ki, Gert Vilders seçki proqramında dövlətin Avropa İttifaqından çıxması və sərhədlərin qaçqınlar üçün bağlanması ilə bağlı referendum keçirməyə çağırıb. O, Niderlandda Quranın, müsəlman məktəblərinin və məscidlərin qadağan edilməsini dəstəkləyib.

İkincisi yerdə iki siyasi qüvvə – Əmək Partiyası və “Yaşıl Solun” ittifaqı gəlir. Alyans ölkənin əsas qanunverici orqanında 26 yerə arxalana bilər.

Nəticələr 2010-cu ildən bəri parlament seçkilərində uduzmayan Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası üçün məyusedici olub. Hazırda siyasi qüvvə üçüncü yerdədir və parlamentdə 23 yerə arxalana bilər ki, bu da indikindən 11 yer azdır. Ekspertlərin sözlərinə görə bu, 2006-cı ildən bəri parlament seçkilərində partiya üçün ən pis nəticədir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir