Cəmiyyət

Vətən müharibəsinin iştirakçısı olan direktor qəfil vəfat etdi – FOTO

Sharing is caring!


Saatlı rayon Əhmədbəyli kənd orta məktəbinin direktoru, Vətən müharibəsi iştirakçısı Eldost Azayev qəfil dünyasını dəyişib.

Oxu.Az-ın məlumatına görə, bu barədə sosial şəbəkədə onun yaxınları məlumat yayıblar.

Belə ki, 44 yaşlı direktor ötən gecə yaşadığı evdə vəfat edib.

Qeyd edək ki, Eldost Azayev Vətən müharibəsinə könüllü yollanıb və döyüşlərdə leytenant kimi iştirak edib. Ona müharibənin gedişində baş leytenant rütbəsi verilib. E.Azayev Vətən müharibəsindən sonra “Qubadlının azad edilməsinə görə”, “Cəbrayılın azad edilməsinə görə” medalları ilə təltif edilib. Evli idi, iki övladı qalıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir