Dünya

HƏMAS-ın sıradan çıxarılan batalyonlarının sayı açıqlanıb

Sharing is caring!


Qəzza zolağının şimalında gedən döyüşlər nəticəsində İsrail ordusu HƏMAS-ın 12-yə qədər batalyonunu məhv edib.

Bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) sözçüsü Conatan Konrikus məlumat verib.

“İndiyədək Qəzzanın şimalında yaxşı, davamlı və metodik irəliləyiş əldə etmişik. Biz döyüşlər aparmış, Qəzzanın şimalında HƏMAS-ın 11-12 batalyonunu vurub sıradan çıxarmışıq. Bu, yaxşı irəliləyişdir”, – deyə SAXAL sözçüsü vurğulayıb.

C.Konrikus əlavə edib ki, hələlik HƏMAS batalyonlarının hamısı sıradan çıxarılmayıb:

“Lakin bizim hərəkətlərimiz nəticəsində onların əsas döyüş qabiliyyətinə ciddi ziyan dəyib. HƏMAS-ın digər 12 batalyonu da var və onlar Qəzzanın mərkəzi və cənub bölgələrində qərarlaşıblar”, – deyə SAXAL sözçüsü bildirib.

Mənbə: ILTV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir