Dünya

Qətər vasitəçiləri İsrail və HƏMAS arasında girovlarla bağlı müzakirələrdən danışdılar: “HƏMAS hazırdır…”

Sharing is caring!


İsrail və Fələstinin radikal HƏMAS hərəkatı arasında Qəzza zolağında saxlanılan girovların azad edilməsi ilə bağlı aparılan danışıqlarda irəliləyiş əldə edilib.

HƏMAS ilə təmasda olan qətərli vasitəçilər bildiriblər ki, radikallar ilkin olaraq 50 qadın və uşaqdan ibarət qrupu azad etməyə hazırdırlar və bunun müqabilində 4-5 günlük hərbi əməliyyatlara fasilə verilməsi, İsrail həbsxanalarından 150-yə yaxın fələstinli uşaq və qadının azad edilməsi, Qəzzaya yanacaq çatdırılmasını istəyirlər.

Eyni zamanda HƏMAS nümayəndələri qeyd ediblər ki, onlar İsrail ərazisindən oğurlanan bütün uşaqların və onların analarının harada olduqlarını bilmirlər, bunun üçün atəşkəsin ilk günlərində onları bir araya toplamalı olacaqlar. Lakin radikallar bunun İsrailin hava hücumlarından çəkinməsi şərti ilə mümkün olacağını vurğulayıblar.

Eyni zamanda HƏMAS atəşkəs dövründə Qəzza zolağında girovları tapmağa müvəffəq olarsa, azad edilən girovların sayını artırmağa hazır olduğunu da əlavə edib.

Qeyd edək ki, İsrail hakimiyyətinin məlumatına görə, HƏMAS-ın girov saxladığı şəxslərin sayı 240-250 nəfər təşkil edir. Onların əksəriyyəti İsrail vətəndaşıdır, bəzilərinin ikili vətəndaşlığı, o cümlədən Amerika və Almaniya vətəndaşlığı var. Təxminən 35 nəfər İsrail vətəndaşı olmayan əcnəbilərdir ki, onların da əksəriyyəti ölkədə çalışan Tailand vətəndaşlarıdır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir