Cəmiyyət

Payız semestri üzrə 25 mindən çox tələbəyə təhsil krediti verilib

Sharing is caring!


2023-2024-cü tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti (TTK) üçün müraciətlərin qəbulu prosesi davam edir.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu günədək ümumilikdə 25 696 tələbənin müraciəti rəsmiləşdirilib.

Kredit ayrılmış 9 301 nəfər sosial, 16 395 nəfər isə standart TTK-dan yararlanıb.

Qeyd edək ki, təhsil krediti almaq istəyən tələbələr Təhsil Tələbə Krediti Fondunun “146-5” Çağrı Mərkəzinə zəng etməklə, eləcə də fondun www.e-ttkf.edu.az portalı, (051) 206-78-48 “WhatsApp” nömrəsi və sosial şəbəkələrdəki səhifələri üzərindən müraciətlərini ünvanlaya bilərlər.

Təhsil tələbə krediti verilən zaman girov və ya zaminlik tələb olunmur. Təhsil tələbə krediti uzunmüddətlidir və təhsil müddətində, güzəşt və möhlət dövründə tələbədən kreditin qaytarılması tələb edilməməklə yanaşı, faizlər də hesablanmır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir