Dünya

İspaniyanın baş naziri insanları enerjiyə qənaət üçün qalstukdan imtinaya çağırdı

Sharing is caring!

İspaniyanın Baş naziri Pedro Sançez nazirləri, rəsmiləri və biznes liderlərini çox zərurət olmadıqca qalstuk taxmamağa çağırıb. Onun fikrincə, istidə bu yolla kondisionerlərin istismarına sərf olunan elektrik enerjisinə qənaət etmək olar.

Bununla bağlı “Europa Press” agentliyi məlumat yayıb.

Sançesin özü də cümə günü mətbuat konfransına qalstuksuz gəlib. O qeyd edib ki, bu yolla kondisionerdən istifadəni azaltmaqla bağlı nümunə göstərir.

“Mən qalstuk taxmamışam. Mən bütün nazirlərdən, məmurlardan və özəl sektorun nümayəndələrindən ehtiyac olmadıqca qalstukdan istifadə etməmələrini xahiş etmişəm”, – deyə  Sançes qeyd edib.

Mənbə: MK.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir