Siyasət

Ukrayna şəhərlərində Azərbaycanın Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilib – FOTO

Sharing is caring!


Ukraynanın Çernovtsı və Jitomir şəhərlərində Azərbaycanın Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Ukrayna Azərbaycanlıları Konqresinin yerli təşkilatlarının təşəbbüsü ilə Çernovtsı və Jitomir şəhərlərinin mərkəzi küçələrində quraşdırılmış bilbordlarda 8 Noyabr tarixinin Azərbaycanın Zəfər Günü olduğuna diqqət cəlb edilib. Bilbordlarda “Qarabağ Azərbaycandır!” şüarı, Şuşanın azadlıq rəmzi olan xarıbülbülün və Azərbaycanın Dövlət Bayrağının şəkilləri əks olunub.

Məlumatlandırma aksiyasının bir neçə gün davam etdirilməsi nəzərdə tutulub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir