Dünya

İsrail Müdafiə Qüvvələri HƏMAS-ın terror əməllərində uşaqlardan istifadə etdiyini açıqladı – FOTO

Sharing is caring!


İsrail Müdafiə Qüvvələri Qəzza zolağındakı terror təşkilatlarının terror əməllərinin gizlədilməsi üçün uşaqlardan istifadə etdiyini açıqlayıb.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi “Telegram” kanalında paylaşım edilib.

551-ci briqadanın hərbçiləri tərəfindən keçirilən əməliyyat zamanı HƏMAS terrorçusunun evində, uşaqların yataq otağındakı çarpayının içərisində raketlər aşkarlanıb. Terrorçu HƏMAS-ın Beyt-Hanundakı terror qruplaşmasının üzvü olub.

Operativ əməliyyatlar zamanı hərbi qulluqçular xeyli sayda silah-sursat, o cümlədən raketlər, partlayıcı qurğular və onlarla kiloqram partlayıcı maddə aşkar ediblər. Silahlar daha sonra hərbi qulluqçular tərəfindən məhv edilib.

Bundan əlavə, İsrail Müdafiə Qüvvələri “İslami Cihad” qruplaşmasının iki terrorçusu arasında söhbətin səs yazısını yayıb. Səs yazısında terrorçular uşaq arabalarında silahların necə daşındığını bir-birilərinə danışıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir