Cəmiyyət

Sabirabadda qəza: Beş nəfər xəsarət aldı

Sharing is caring!


Sabirabadda yol-nəqliyyat hadisəsi olub, beş nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə rayonun Qaratəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qəza zamanı rayonun Qəfərarxı kəndinin sakinləri, 2014-cü il təvəllüdlü Səma Namiq qızı Mahmudova, 1959-cu il təvəllüdlü Gülayə Xanoğlan qızı Mahmudova, 1957-ci il təvəllüdlü İmanağa Xanoğlan oğlu Mahmudov, 1960-cı il təvəllüdlü Həqiqət Mahmudov və 1986-cı il təvəllüdlü Rəsul Həsənov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yeləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir