İdman

AVRO-2024: Ramil Şeydayev Belçika ilə oyunda iştirak edə bilməyəcək

Sharing is caring!


Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev səfərdə Belçika yığmasına qarşı AVRO-2024-ün seçmə mərhələsinin sonuncu oyununda iştirak etməyəcək.

Oxu.Az xəbər verir ki, buna 27 yaşlı hücumçunun hazırda davam edən İsveçlə matçda sarı vərəqə alması səbəb olub.

29-cu dəqiqədə hakimə etiraz etdiyi üçün xəbərdarlıq alan forvard cəzalı duruma düşüb.

Qeyd edək ki, Azərbaycan – İsveç oyununda ilk hissə oynanılır və yığmamız 2:0 hesabı ilə öndədir.

Noyabrın 19-da Brüsseldə reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir