İdman

Premyer Liqa: “Qəbələ” – “Zirə” oyununda qalib müəyyənləşməyib – VİDEO

Sharing is caring!


Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.

Oxu.Az-ın məlumatına görə, günün ikinci matçında “Zirə” “Qəbələ”nin qonağı olub.

Qarşılaşma 1:1 hesabı ilə bitib. Meydan sahiblərinin heyətində 14-cü dəqiqədə Ülvi İsgəndərov hesabı açıb. 19-cu dəqiqədə İlkin Muradov hesabda tarazlığı bərpa edib. Xallarının sayını 31-ə çatdıran paytaxt klubu 4-cü pillədə qalıb. “Qəbələ” isə 15 xalla sonuncu – 10-cu sıradadır.

Qeyd edək ki, günün ilk matçında “Sumqayıt” evdə “Neftçi”yə qalib gəlib – 2:1. Tura fevralın 5-də “Kəpəz” – “Araz-Naxçıvan” qarşılaşması ilə yekun vurulacaq. Ötən gün “Qarabağ” “Səbail”i məğlub edib – 2:1. “Sabah” – “Turan Tovuz” matçında qalib müəyyənləşməyib – 1:1.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir