Dünya

Keçmiş ABŞ prezidentinə ağır itki üz verdi – FOTO

Sharing is caring!


Keçmiş ABŞ prezidenti Donald Trampın böyük bacısı, hakim Merienn Tramp Barri 86 yaşında Nyu-Yorkda vəfat edib.

Verilən məlumata görə, Barri Manhettendə yerləşən evində vəfat edib. Onun ölümün səbəbi açıqlanmayıb.

2019-cu ilə qədər Meryanna Tramp Barri Nyu-Cersidə federal hakim vəzifəsində işləyib. Donald Trampın çox vaxt böyük bacısının məsləhətlərinə qulaq asdığı deyilirdi. Lakin onların qardaşı qızı Meri Tramp Meriennin kiçik qardaşını tənqid etdiyi səs yazısını paylaşdıqdan sonra onların münasibətləri pozulub.

Qeyd edək ki, Tramp son illərdə artıq bir neçə şəxsi itki ilə üzləşib. 2020-ci ildə onun kiçik qardaşı Robert, keçən il isə birinci arvadı İvana vəfat edib.

Mənbə: mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir