Cəmiyyət

30 illik həsrətdon sonra doğma kəndə qayıdış: Abbasovlar ailəsi Zabuxa yola düşməyə hazırlaşır – VİDEO

Sharing is caring!


Abbasovlar ailəsi yaxınları ilə sağollaşıb Zabuxa yola düşmək üçün saatları sayırlar. İndi onlar illər sonra yenidən doğma kəndlərinə qovuşacaqlar. İllər öncə bu yaşayış məntəqəsindən çıxdıqları an dəhşət dolu səs-küylə yaddaşlarına həkk olub. Amma bu dəfəki səs-küy, sevinc və bundan irəli gələn həyəcandır.

Asif dayı Zabuxdan 37, həyat yoldaşı Qəribə xanım isə 34 yaşında ayrı düşüblər. O kədərli məqamları indi yada salmırlar. Deyirlər ki, bu xoş gündə keçmişin ağrı-acısına qayıtmaq istəmirlər. Axı işğal geridə qalıb. Laçın öz doğma insanlarına qayıdıb. Məskunlaşdıqları Pirşağıdan Zabuxa doğru uzun yol gözləyir onları. Bu dəfəki yolun sonunda Laçın var, ona görə də həyatlarının xoşbəxt keçəcəyinə zərrə qədər də şübhə etmirlər. 

Daha ətraflı İctimai TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir