Dünya

“Beşiktaş” Burak Yılmazla yolları ayırıb

Sharing is caring!


“Beşiktaş” klubu Burak Yılmazla yolları ayırdığını açıqlayıb.

APA xəbər verir ki, klub rəhbərliyi “Beşiktaş”ın baş məşqçisi postunu müvəqqəti icra edən Burak Yılmazı istefaya göndərib.

Qeyd edək ki, “Beşiktaş” futbol komandasının baş məşqçisi Şenol Günəşin istefasından sonra bu vəzifə onun köməkçisi Burak Yılmaza həvalə edilmişdi.

Lakin Burak Yılmazın rəhbərliyi altında komanda uğursuz çıxış etdiyinə görə onun da istefaya göndərilməsinə qərar verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir