Dünya

İsrail ilk dəfə atmosferdən kənarda ballistik raketləri ələ keçirə bilən sistemdən istifadə edib

Sharing is caring!


İsrail ordusu ilk dəfə atmosferdən kənarda ballistik raketləri ələ keçirə bilən “Arrow-3” raketdən müdafiə sistemindən (İvrit dilində “Hetz-3” kimi tanınır – red.) istifadə edib.

Bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) xəbər verib.

Məlumatda qeyd olunur ki, “Arrow-3” Yəməndən atıldığı ehtimal olunan raketi Qırmızı dəniz üzərində ələ keçirib.

“Raket İsrailin cənubunda yerləşən Eylat şəhərinə doğru istiqamətlənibmiş”, – məlumatda qeyd olunur.

Qeyd edək ki, “Arrow-3” raketdən müdafiə sistemi ilk dəfə 2017-ci ildə quraşdırılıb və ballistik raketləri atmosferdən kənarda məhv etmək üçün nəzərdə tutulub.

Mənbə: The Times of Israel

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir