Dünya

ABŞ-nin Suriya və İraqda yerləşən hərbi bazalarına dronlarla hücum olub

Sharing is caring!


ABŞ-nin Suriya və İraqda yerləşən, ümumilikdə üç hərbi bazası hücuma məruz qalıb.

Mənbə iddia edir ki, pilotsuz təyyarələrin köməyi ilə həyata keçirilən hücuma İraqın Ənbar əyalətində yerləşən Ayn-əl-Əsəd və ABŞ və Qərb koalisiyasının Suriyanın İraq və İordaniya ilə sərhədi yaxınlığında yerləşən Ət-Tənf bazası məruz qalıb.

Bundan əlavə, mənbə iddia edir ki, İraqda fəaliyyət göstərən “İraq İslam Müqaviməti” təşkilatı ABŞ-nin Ərbil inzibati mərkəzinin şimalında yerləşən bazasını atəşə tutub.

Hücumların nəticəsində ölən və yaralanalar barədə məlumat verilmir.

İstisna edilmir ki, hücumların arxasında İraq və Suriyada fəaliyyət göstərən İrana bağlı silahlı qruplaşmalar dayanır.

Mənbə: Al Mayadeen

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir