Dünya

Tramp Ukraynadakı müharibəni bir günə bitirə biləcəyini iddia etdi: “Mənə sadəcə iki telefon zəngi lazımdır”

Sharing is caring!

“Ukraynadakı müharibəni həll edə biləcəyimə zəmanət verirəm”.

Bu sözləri ABŞ-nin 45-ci prezidenti Donald Tramp Florida ştatında tərəfdarları qarşısında çıxışı zamanı deyib.

Tramp bildirib ki, Rusiya Federasiyasının Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibəni bir günə başa çatdırıla bilər. O iddia edib ki, bunun üçün ona yalnız iki telefon zəngi lazımdır.

Siyasətçinin sözlərinə görə, o yenidən ABŞ Prezidenti seçilərsə, dərhal Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edəcək. Tramp onlarla görüş təşkil edə biləcəyinə əmindir.

“Qələbəmin təsdiqləndiyi gecə mən Putin və Zelenskiyə zəng edəcəyəm. Onlara görüşməli olmağımız barədə söyləyəcəyəm. Bu problemi həll edə biləcəyimə zəmanət verirəm”, – deyə o qeyd edib.

Xatırladaq ki, ABŞ-də prezident seçkilərinin 2024-cü ilin noyabrında keçirilməsi nəzərdə tutulub. Tramp prezidentliyə namizədliyini irəli sürməyi planlaşdırıb.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir