Cəmiyyət

Xalq artistinin adına layiq olmayan məzarı…

Sharing is caring!

Xalq artistinin adına layiq olmayan məzarı

XəbərAl.az xəbər verir ki, məşhur teatr və kino aktrisası, ölümündən illər keçsə də hələ də xalq tərəfindən sevilən sevilən, mərhum xalq artisti Gülşən Qurbanovanın Yasamal qəbristanlığındakı məzarı baxımsız haldadır.

Sənətkarın məzarı baxımsız olduğu qədər də təmizlənmir. Hər kəsi güldürən sənətkarın məzarı indi “ağlar” günə qalıb. Məzarlıqda çalışan işçilərin sözlərinə görə aktrisamızın məzarını hərdən sənət yoldaşları ziyarət edir: “Gülşən Qurbanovanın məzarını sənət yoldaşları ziyarət edir. Çox tez gəlib, bir neçə dəqiqə dayanıb gedirlər. Hətta ailə üzvlərindən kimsə gəlib məzarın üzərində təmizlik işləri aparmır.

Digər məşhurların məzarından fərqli olaraq Gülşən xanımın məzarı yolun ortasındadır. Loru dildə desək “ayaq altındadı”. 55 illik həyatının 27-ilini Azərbaycan tamaşaçısının üzünü güldürməyə həsr edən aktrisa indi niyə belə laqeyd münasibətə məhkum olunub?! Niyə lazımi orqanlar Xalq artistinin məzarına diqqət göstərmirlər?! Üzümüzü güldürən sənətkar bağışla bizləri…

Qeyd edək ki, Gülşən Qurbanova 19 dekabr 1950-ci ildə Bakıda xalq artisti Ağadadaş Qurbanovun ailəsində anadan olmuşdur. Aktrisa 17 noyabr 2006-cı ildə televiziya proqramlarının birindən evə gələrkən üçüncü dəfə qəfildən infarkt keçirərək 56 yaşında Bakı şəhərində vəfat edib. Köhnə Yasamal qəbiristanlığında torpağa tapşırılıb. O, həm də mərhum akyor Ağadadaş Qurbanovun qızı, Hamlet Qurbanovun bacısıdır.

Moderator.az

Turan Etibaroğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir