MARAQLI

Yaponiya sahilində naməlum şar: Əhaliyə xəbərdarlıq edildi – VİDEO

Sharing is caring!

Yaponiyanın Şizuoka prefekturasının Hamamatsu şəhəri sahilində mənşəyi məlum olmayan metal şar tapılıb.

Onun diametri 1,5 metrdir. Çox güman ki, pasdan qəhvəyi ləkələri olan hamar səthə malikdir. Hər iki tərəfində deşikli çıxıntılar var.

Polis şarın göründüyü yeri mühasirəyə alıb. Yerli sakinlərə partlayış təhlükəsi barədə xəbərdarlıq edilib.

Son günlər dünyanın müxtəlif yerlərində təyinatı məlum olmayan müxtəlif sferik obyektlər aşkar edilib.

Belə ki, fevralın 10-da ABŞ hərbçiləri Alyaska üzərində hava məkanında bir şar görüblər və bundan sonra onu vurublar. Obyekt 24 saat ərzində izlənilib və ABŞ-nin Kanada ilə sərhədində – Alyaskanın şimal-şərq hissəsində vurulub.

Ertəsi gün Kanada və ABŞ hərbi qüvvələri ölkənin şimal-qərbindəki Yukon ərazisi üzərində hava hədəfini vurublar.

Mənbə: Nishinippon Shimbun

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir