MARAQLI

“Survivor” iştirakçılarının zəlzələdən xəbər tutduqları an gündəm oldu – VİDEO

Sharing is caring!

Türkiyədə fevralın 6-da baş verən zəlzələlər on minlərlə insan itkisi ilə nəticələnib. Həmin müddətdə bir çox verilişlər kimi, ölkədə və xaricdə maraqla izlənən “Survivor” yarışması da yayımlanmayıb. Müsabiqənin xaricdə (Dominikanda) və tamamilə təcrid şəraitində keçirilməsi bir çoxlarında yarışma iştirakçılarının zəlzələdən xəbəri olub-olmadığı sualları yaradıb.

Ancaq bu gün yayımlanan kadrlar suallara son qoyub. Görüntülərdə “Survivor” iştirakçılarının zəlzələdən xəbər tutduqları an nümayiş olunub.

İddiaya görə, xəbəri eşitdikdən sonra altı iştirakçı yarışmanı tərk edib.

Qeyd edək ki, layihə rəhbəri Acun İlıcalının yarış iştirakçılarına zəlzələ ilə bağlı danışdığı anların yayımını tamaşaçılar birmənalı qarşılamayıblar. Bəzi istifadəçilər bu anların paylaşılmasını narazılıqla qarşılasalar da, bu vəziyyətdə problem görməyən izləyicilər də az olmayıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir