Dünya

İsveçin Hərbi Kəşfiyyat rəhbəri: “Rusiya yüksək riskə getməyə hazırdır”

Sharing is caring!

“Rusiya NATO ilə silahlı münaqişədən yayınmaq istəyir, lakin yüksək riskə getməyə də hazırdır”.

Bu açıqlama ilə İsveçin Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin rəhbəri Lena Xallin çıxış edib.

İsveçin Təhlükəsizlik Xidmətinin rəhbəri əlavə edib ki, Rusiya İsveç üçün hərbi təhlükə yaradır, lakin hazırda onun bütün diqqəti Ukraynadakı müharibəyə yönəlib.

Lena Xallin bildirib ki, Rusiya Federasiyası İsveç və Finlandiyanın NATO-ya daxil olmaq üçün etdiyi müraciətlərə ən qısa zamanda reaksiya verəcək, İsveç ətrafında hərbi potensialını artıracaq.

Mənbə: Reuters

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir