Dünya

Avstriyada bir qrup azyaşlı hökuməti məhkəməyə verib

Sharing is caring!

Çərşənbə axşamı bir qrup azyaşlı Avstriya Konstitusiya Məhkəməsində iddia qaldıraraq hökumətdən iqlim dəyişikliyinə qarşı daha sərt tədbirlər görərək konstitusiya hüquqlarının qorunmasını təmin etməyi tələb edib.

Qrupun vəkili deyib ki, konstitusiya məhkəməsi iddiası Almaniyada iki il əvvəl istixana qazı emissiyalarını azaltmaq üçün yeni hədəflər təyin etməyə vadar edən oxşar iddiaya əsaslanır.

Hüquqşünas Mixaela Kremer Avstriyanın 2011-ci il iqlim qanununun 5-16 yaş arası iddiaçıları qlobal istiləşmənin həyat üçün təhlükə yaradan təsirlərindən adekvat şəkildə qorumadığını söyləyib.

Xüsusilə, o, uşaqların Avstriya konstitusiyasının təmin etdiyi “nəsillərin ədalətliliyi” hüququnun ölkənin iqlim qanunvericiliyi ilə pozulduğunu bildirib.

Mənbə: eurointegration.com.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir