Dünya

ABŞ-Kanada sərhədində avtomobil partladı: Ölənlər var – VİDEO

Sharing is caring!


ABŞ-Kanada sərhədində, Niaqara şəlaləsi üzərində yerləşən körpü keçid məntəqəsindəki avtomobil partlayışından sonra bağlanıb.

Avtomobilin oğurlandığı, bu avtomobildə olan iki nəfərin yüksək sürətlə sərhəd-keçid məntəqəsindən keçmək istədikləri vurğulanıb. Lakin nəqliyyat vasitəsi keçid məntəqəsinin konstruksiyasına çırpılıb və nəticədə avtomobil partlayıb.

​Partlayış nəticəsində avtomobildəki iki nəfər həlak olub.

Faktla bağlı araşdırma aparılır. Federal Təhqiqatlar Bürosu (FBI) hadisəni mümkün terror aktına cəhd kimi dəyərləndirir.

Körpünün növbəti xəbərdarlığa qədər bağlı qalacağı bildirilir.

 

Mənbə: iz.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir