Siyasət

Aleksey Çixayev: “Fransa insan hüquqlarından danışır, amma əməldə onları pozur”

Sharing is caring!


“Fransa insan hüquqlarının qorunmasının zəruriliyindən danışsa da, əməldə onları pozmaqdan usanmır”.

“Report” xəbər verir ki, bunu Sankt-Peterburq Dövlət Universitetinin aparıcı elmi işçisi Aleksey Çixayev Bakıda “Dekolonizasiya: Qadınların səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bunu Parisin Afrika regionunda apardığı siyasətdə aydın görmək olar:

“Fransa özünü çox eqoist aparır. Bu ölkənin hakimiyyəti ancaq öz kommersiya maraqlarına uyğun olanı edir”.

A.Çixayev qeyd edib ki, Fransa uzun illərdir Afrika ölkələrinə qarşı ədalətsiz siyasətini davam etdirir.

O əlavə edib ki, onun əsas məqsədi Afrika qitəsindəki ölkələrin inkişafına mane olmaq idi:

“Bu mənada, Fransa hazırda neokolonial siyasət yürüdür”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir