Kriminal

Avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanılıb – FOTO

Sharing is caring!


Bakıda avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs saxlanılıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

O bildirib ki, fevralın 3-ü səhər saatlarında Səbail rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən Zərifə Dadaşovaya məxsus “Hyundai” markalı avtomobilin qaçırılıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil həmin gün saat 11 radələrində Binəqədi rayonu ərazisində təkərləri oğurlanmış vəziyyətdə tapılıb.

Bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Anar Rəhimov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir