Dünya

Blinken: “ABŞ İranla münaqişəyə girmək istəmir, lakin öz ordusunu qoruyacaq”

Sharing is caring!


ABŞ İranla münaqişəyə girmək istəmir, lakin Vaşinqton Yaxın Şərqdə yerləşdirilən qüvvələrini qorumaq üçün bütün tədbirləri görəcək.

Bu barədə ABŞ dövlət katibi Antoni Blinken İraqa əvvəlcədən elan olunmamış səfəri zamanı bildirib.

Onun sözlərinə görə, ABŞ-nin Qəzzada mövcud münaqişədən faydalanmaq istəyənlərə, eləcə də ABŞ qoşunlarına təhlükə törətməyə cəhd edənlərə aydın mesaj göndərməsi çox vacibdir.

“Biz insanlarımızı qorumaq üçün bütün lazımi addımları atacağıq. Amma biz İranla münaqişəyə can atmırıq”, – deyə A.Blinken bildirib.

Bundan əlavə, siyasətçi İraq hakimiyyətinin nümayəndələri ilə görüşü zamanı iranpərəst qüvvələrin Yaxın Şərqdəki ABŞ hərbi bazalarına son hücumlarının tamamilə qəbuledilməz olduğunu açıqlayıb.

Mənbə: mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir