Dünya

ABŞ dövlət katibi Antoni Blinken Türkiyəyə gedəcək

Sharing is caring!


ABŞ dövlət katibi Antoni Blinken Türkiyəyə səfər edəcək.

Bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Metyu Miller bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində Blinken Türkiyədə bir sıra görüşlər keçirəcək.

Tərəflərin bazar ertəsi danışıqlar aparması planlaşdırılıb.

Xatırladaq ki, ABŞ dövlət katibi İsrailin Qəzzaya hücumlarından sonra üç dəfə Təl-Əvivə yollanıb. O, daha sonra region ölkələrinə səfərə başlayıb. Blinken bu gün Ammanda İordaniya, Misir, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri ilə görüşüb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir