Cəmiyyət

ANAMA: Ağdamda 2 kilometrlik radiusda əlli minədək mina var

Sharing is caring!

Ağdamın 7 kəndi keçmiş təmas xətti ərazisinə düşür. Rayon üzrə 2 kilometrlik radiusda 49 483 ədəd tank və piyada əleyhinə minalar var.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov deyib. O bildirib ki, təhlükəsiz yaşayışı təmin etmək üçün bu ərazilər təmizlənməlidir. O da qeyd olunub ki, Ağdamda örüş əraziləri hələlik təyin edilməyib.

ANAMA əməkdaşı təkcə Ağdamda 64 mina hadisəsinin baş verdiyini açıqlayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir