Cəmiyyət

Xidmət rəisi ovçuluq imtahanlarının regionlarda keçirilməmə səbəbini AÇIQLADI

Sharing is caring!


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev ovçuluq imtahanlarının niyə regionlarda keçirilməməsi ilə bağlı səslənən suallara cavab verib.

Oxu.Az-ın məlumatına görə, xidmət rəisi nazirliyin “Facebook”da canlı yayımlanan “Ekspert saatı”nda bildirib ki, ovçuluq imtahanı həftənin cümə günü xidmətdə keçirilir:

“Biz imtahanları tələbatdan asılı olaraq keçiririk. Biləsuvarda belə bir təcrübə var. Nə vaxtsa daha çox adam müraciət edərsə, regionlarda da bu məsələyə baxmaq olar”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir