Dünya

İran əfqan və iraqlı yaraqlıları Suriyanın İsraillə sərhədində cəmləşdirir – FOTO

Sharing is caring!


Əfqanıstanlı politoloq və jurnalist Rəzzaq Məmun Əfqanıstandan 1200-ə yaxın istehkamçının Livana göndərilməsi üçün Suriyaya getdiyini bildirib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Məmunun sözlərinə görə, onlar əsasən Əfqanıstanın şimal bölgələrindən gələn həzarələrdir (min piyadadan ibarət hərbi hissə).

Məlumata əsasən, noyabrın 12-də Suriya İnsan Haqları Monitorinq Qrupu oktyabr ayı ərzində müxtəlif millətlərdən olan 700-ə yaxın yaraqlının Suriyanın İsraillə sərhəd yaxınlığında yerləşən Qolan təpələrinə yerləşdirildiyini açıqlayıb.

Qeyd edək ki, sözügedən yaraqlıların SEPAH (İslam İnqilabının Keşikçiləri Korpusu) və “Hizbullah” qruplaşması tərəfindən hazırlandığı bildirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir