Dünya

Yaxşı sabunu necə seçək? – Dermatoloqdan məsləhət

Sharing is caring!


Sabun seçərkən nəyə daha çox diqqət etməli olduğumuz barədə rusiyalı dermatoloq və kosmetoloq Natalya Rudıka danışıb.

Onun fikrincə, sabunun tərkibi nə qədər təbii olsa, bir o qədər yaxşıdır.

“Sabunun tərkibində sintetik səthi-aktiv maddələr, polietilen qlikollar, trietanolaminlər, sintetik boyalar, ətirlər və aromatizatorlar olmamalıdır”, – deyə mütəxəssis bildirib.

“Təbii sabun bitki yağlarının yağ turşularının duzlarıdır. Buna görə də, onun güclü ətri və rəngi olmayacaq. Yuyucu vasitənin tərkibində dərman bitkiləri, gil, minerallar, müalicəvi palçıq və ətir üçün efir yağları da olsa, yaxşıdır”, – deyə Rudıka vurğulayıb.

Dermatoloq onu da əlavə edib ki, bərk sabun maye sabundan daha təhlükəsizdir.

Mənbə: Rambler

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir