Dünya

Seda Sayan və həyat yoldaşı təcili xəstəxanaya yerləşdirildilər – FOTO

Sharing is caring!


Məşhur türkiyəli müğənni Seda Sayan və həyat yoldaşı Çağlar Ökten təcili xəstəxanaya yerləşdiriliblər.

Bununla bağlı Seda Sayan “Instagram” hesabında paylaşım edib.

Sənətçi əri ilə birlikdə xəstəxanadan fotolarını paylaşıb və epidemiya ilə bağlı xəbərdarlıq edib.

“Epidemiya var. İkimizin də vəziyyəti pisləşdi. Ehtiyatlı olun. Epidemiya gizli-gizli yoluxur. Heç kimi qucaqlamayın, öpməyin”, – deyə sənətçi bildirib.

Qeyd edək ki, 60 yaşlı Seda Sayan 2022-ci ildə özündən yaşca kiçik Çağlar Öktenlə ailə həyatı qurub.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir