Cəmiyyət

Kürdəmirdə səhvən sirkə turşusu içən qadın xəstəxanalıq oldu

Sharing is caring!


Kürdəmir sakini kimyəvi maddə içərək zəhərlənib. 

Bizim.media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, rayon sakini Gülzadə Hikmət qızı Ələkbərova səhvən sirkə turşusu içərək zəhərlənib.

Yaxınları onu dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparıblar. G.Ələkbərovaya ilkin tibbi yardım göstərilib. 

Hazırda həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir