Dünya

Basketbolçu Conson tarix boyu dördüncü milyarder idmançı oldu – FOTO

Sharing is caring!


Milli Basketbol Assosiasiyasının (NBA) beşqat çempionu Mecik Conson tarixdə 1 milyard ABŞ dolları qazanmağı bacaran dördüncü idmançı oldu.

Bu barədə “Forbes” “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) məlumat yayıb.

Keçmiş idmançının sərvəti bir neçə peşəkar idman komandalarına və onun rəhbərliyi altında yeni zirvələrə çatan ABŞ-nin Ayova ştatında yerləşən həyat sığortası şirkəti “EquiTrust”a yatırdığı sərmayələr sayəsində təxminən 1,2 milyard ABŞ dolları dəyərində qiymətləndirilir.

O, “Washington Commanders” Milli Futbol Liqasının (NFL) klubu, “Los Angeles” Əsas futbol Liqasının (MLS) komandası, “Los Angeles Dodgers” Əsas Beysbol Liqasının (MLB) klubu, “Los Angeles Sparks” Milli Qadın Basketbol Assosiasiyasının (WNBA), eləcə də “Starbucks”, “Burger King”, “24 Hour Fitness” və digər şirkətlərdə səhmlərinin sahibidir.

Xatırladaq ki, tarix boyu ən varlı idmançılar sırasında birinci yeri NBA əfsanəsi Maykl Cordan (3,3 milyard dollar), ikinci yeri amerikalı qolfçu Tayger Vuds (2,5 milyard dollar), üçüncü yeri isə digər qolfçu Arnold Palmer (1,7 milyard dollar) tutublar.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir