MARAQLI

Argentinada bloqerin çağırışı ilə başlayan dünya rekordu – FOTO/VİDEO

Sharing is caring!


“Hörümçək adam” kimi geyinmiş iki minə yaxın argentinalı Buenos-Ayresin mərkəzinə toplaşaraq bir yerdə eyni geyinən insanların sayına görə dünya rekordunu qırıb.

Məlumata görə, “hörümçək adam”ların sayı iki mini keçib. Bu Malayziyanın hazırkı rekordu olan 685 “hörümçək adamı” üstələyib.

Hər şey yerli bloqer Uki Deanenin “X”də paylaşımı ilə başlayıb.

“685 “hörümçək adam”la hazırkı rekorda sahib olan Malayziyanı məğlub etməliyik”, – deyən bloqer hər kəsi sosial şəbəkələr vasitəsilə təşkil olunan mitinqə gəlməyə çağırıb.

Nəticədə avtobuslar, metrolar, avtomobillər və Buenos-Ayresin mərkəzi hörümçək adamlarla dolub.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir