Dünya

Senator: “Yardıma davam edilməsə, Ukrayna Rusiyanın bir hissəsi, Kiyev də şəhəri olacaq”

Sharing is caring!


ABŞ qanunvericiləri 2024-cü ilə qədər ölkəyə əlavə yardım barədə razılığa gəlməsələr, Ukrayna Rusiyanın bir hissəsi, Kiyev isə Rusiya şəhəri ola bilər.

Bu fikri ABŞ Senatının hakim Demokratlar Partiyasından olan üzvü Kris Mörfi (Konnektikutdan) deyib.

“Hazırda qərar verməliyik: Kiyev Rusiyanın, yoxsa Ukraynanın şəhəri olacaq? Ukrayna 12 aydan sonra var olacaqmı, yoxsa Rusiyanın tərkibində mövcudluğuna davam edəcək”, – deyə senator xəbərdarlıq edib və respublikaçıları vəziyyətə ciddi yanaşmamaqda qınayıb.

Mörfi, həmçinin ABŞ-nin Ukraynanı tərk etmək üzrə olduğuna şübhəsi qalmadığını deyib.

Mənbə: Defense News

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir