Cəmiyyət

Siyəzəndə evdən oğurluq edilib – VİDEO

Sharing is caring!


Siyəzəndə evdən oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov məlumat verib.

O bildirib  ki, Siyəzən şəhər sakini A.Hüseynova Siyəzən RPŞ-ə ərizə ilə müraciət edərək yaşadığı evdə saxladığı heyvanlarla (pişiklərlə) bağlı çəkiliş edən bir neçə nəfər xanımın onun evindən iki ədəd telefon, bir ədəd planşet, 240 manat pul, bir ədəd bank kartı və anasının şəxsiyyət vəsiqəsini oğurladığını bildirib.

Araşdırmalar zamanı Bakı şəhər sakinləri A.Əliyeva və A.Məmmədova izahatlarında evdən iki ədəd telefon, bir ədəd planşet və telefonun üzlüyünün içində olan bir ədəd bank kartını və bir ədəd şəxsiyyət vəsiqəsini götürmələrini etiraf ediblər.

Hazırda faktla bağlı Siyəzən RPŞ-də müvafiq araşdırmalar aparılır.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir