Dünya

Türkiyədə yaş yarımlıq it anaları ölən pişik balalarına analıq etdi – VİDEO

Sharing is caring!


Türkiyənin Antalya bölgəsinin Manavqat rayonunda yaş yarımlıq it anaları qəzada ölən 4 pişik balasına analıq edir.

Bununla bağlı görüntüləri itin sahibi İrfan Bayraktar lentə alıb.

O, itin pişik balalarını əmizdirdiyi, onlara analıq etdiyi bir dünyada müharibələri anlaya bilmədiyini ifadə edib.

“Bütün bəşəriyyətin və dünyanın bundan dərs almasını istəyirəm”, – deyə Bayraktar bildirib.

İrfan Bayraktarın itinin balalarının hamısı doğuşdan qısa müddət sonra ölüb. Onun saxladığı pişiyi də balaladıqdan sonra onu yoldan keçən avtomobil vurması nəticəsində ölüb və onun 4 balası anasız qalıb. Bu hadisələrdən sonra Bayraktar ailəsi itlərinin pişik balalarını əmizdirdiyini görəndə heyrətə gəlib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir