Dünya

Qazaxıstan Xəzər dənizi üzrə elmi tədqiqat institutu yaratmaq qərarına gəlib

Sharing is caring!


Qazaxıstanda Xəzər dənizinin ekoloji problemlərini öyrənmək üçün elmi tədqiqat institutu yaradılacaq. Nazirlik artıq bununla bağlı qərar layihəsi hazırlayıb.

“İnstitutun yaradılması bizə problemin tədqiqinə hərtərəfli yanaşmağa və genişmiqyaslı problemləri həll etməyə imkan verəcək”, – deyə Qazaxıstanın su təsərrüfatı və irriqasiya naziri Nurjan Nurjigitov bildirib.

İnstitut Xəzər dənizinin ekoloji problemlərini, suyun səviyyəsinin azalmasının, suiti və balıqların kütləvi şəkildə tələf olmasının səbəblərini, Xəzər suitilərinin, ixtiofaunanın qorunması məsələlərini öyrənəcək. Digər bir istiqamət isə Xəzəryanı dövlətlərdən olan həmkarlar ilə sıx qarşılıqlı əlaqənin təmin edilməsi olacaq.

Bundan əlavə, institut Xəzər dənizinin ekosisteminin bütün sahələri üzrə obyektiv və müstəqil məlumat verəcək. Əldə edilmiş məlumatlar dövlət və yerli icra orqanları tərəfindən kompleks tədbirlərin görülməsi üçün əsas olacaq. Elmi təşkilatın yaradılması həm də Xəzərin qorunması ilə bağlı beynəlxalq və milli öhdəlikləri tam olaraq yerinə yetirməyə imkan verəcək.

Mənbə: Interfax

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir